İspaniyada etiraz: `Obama, evinə get!`


21:58     10 İyul 2016 obama52.jpg

Madriddə ABŞ səfirliyinin qarşısında ABŞ prezidenti Barak Obamanın İspaniyaya səfərinə qarşı etiraz aksiyası keçirilib.


APA-nın İspaniyanın ABC nəşrinə istinadən verdiyi məlumata görə, aksiyanın təşkilatçısı Ləyaqət Hərəkatı olub.

Aksiyada 300 nəfər iştirak edib. “Obama, evinə get!” şüarı ilə keçirilən aksiyada NATO və Transatlantik Ticarət-İnvestisiya Əməkdaşlığına qarşı da şüarlar səsləndirilib.

Qeyd edək ki, B. Obamanın Polşa və İspaniyaya səfəri 7-11 iyul tarixlərini əhatə edir.


Femida.az

Açar sözlər:

Oxunub: 1004